Universitetin 41 kafedrasında 1799-dan artıq professor-müəllim və tədris-işçi heyəti, o cümlədən 66 professor, 390 dosent, eləcə də Nyu-York Elmlər Akademiyasının həqiqi üzvləri, əməkdar elm xadimləri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü və müxbir üzvü, dövlət mükafatı laureatı əməkdar iqtisadçılar fəaliyyət göstərir.
Azərbaycan Dövlət İqtisad Universitetinin Rusiya Federasiyasının Dərbənd şəhərində olan filialında 500-dən artıq tələbə təhsil alır. Qeyd etmək lazımdır ki, bu Azərbaycanın Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən yeganə ali məktəbidir.
Mövcud olduğu dövr ərzində Azərbaycanın iqtisadi sistemi üçün 100 mindən çox yüksək ixtisaslı iqtisadçı kadr hazırlanmış və indi də onlar xalq təsərrüfatı sahələrində uğurla çalışırlar.
İqtisadiyyat elminin inkişafında və mütəxəssislərin hazırlanmasında görkəmli rol oynamış alimlərin - Əliqulu Fərəcovun, Həsən Dadaşovun, Ələskər Qasımovun, Həbib Şirinovun, Bəhmən Axundovun, Teymur Vəliyevin, Mirhüseyn Mirbağırovun, Mədət Allahverdiyevin, Şamil Əliyevin, Mahmud Əhmədovun, Abbas Nəbiyevin, Saleh Səmədovun və başqaların əməyi təqdirəlayiqdir.
İndi respublikamızın idarəçilik orqanlarında, nazirlik, idarə və təşkilatlar, elm ocaqlarında universitetin minlərlə məzunları müvəffəqiyyətlə çalışır.
Son dövrdə Azərbaycan Dövlət İqtisad Universiteti təhsildə və elmin inkişafında özünün maddi-texniki bazası və elmi potensialı ilə seçilən, zamanın bütün tələblərinə cavab verən müasir tipli ali məktəblərdən birinə çevrilmişdir. Universitetin müasir tələblərə cavab verən tədris korpusları var, tələbələr müasir İNTERNET şəbəkəsinə qoşulmuş öz elektron poçtları ilə Avropanın və dünyanın qabaqcıl ölkələrinin elmi araşdırmaları və tədris prosesi ilə tanış ola bilərlər. Universitetimizdə təhsil təkcə azərbaycan dilində deyil, habelə rus, türk və ingilis dillərində də aparılır.
Müəllim və tələbələrlə çevik əlaqə yaratmaq, onların təklif, arzu və şikayətlərini araşdırıb, operativ şəkildə tədbirlər görmək məqsədilə rektorun internet səhifəsi yaradılmışdır.
Azərbaycanda fəaliyyət göstərən bir sıra şirkətlərin maliyyə dəstəyi ilə Universitetdə son zaman «ən yaxşı tələbə» adlı təqaüdlər və «semestrin ən yaxşı müəllimi» mükafatlar təsis edilib.
Ümümmilli liderimiz Heydər Əliyevin zəngin, fundamental irsini öyrənmək və təbliğ etmək məqsədilə universitetdə «Heydər Əliyev iqtisadi idarəetmə məktəbi» fəaliyyət göstərir.
AzDİU-nin əsas məqsədi Avropa təhsil məkanına inteqrasiya və Boloniya prosesinə qoşulmaqdan kredit sisteminin geniş tədbiq edilməsindən ibarətdir.
İndi universitetdə birbaşa xarici dövlətlərin ali məktəblərindən mühazirələrin və praktiki xarakter daşıyan təcrübələr haqqında informasiyaların alınmasına imkan yaradılmışdır.
Universitetdə hər 15 tələbəyə bir kompüter düşür, bu da orta respublika səviyyəsindən yüksəkdir. (Avropanın qabaqcıl dövlətlərində hər iki tələbəyə bir komrüter düşür).
Azərbaycan Dövlət İqtisad Universiteti respublikamızda iqtisadiyyatın bütün sahələri üçün yüksək ixtisaslı kadrlar hazırlayan yeqanə dövlət təhsil müəssisəsidir. Universitetimizdə beynəlxalq iqtisadi münasibətlər, sığorta işinin təşkili, maliyyə və kredit, menecment, marketinq, muhasibat uçotu, statistika, gömrük işinin təşkili, əmtəəşunaslıq, informatika, reklam işi, iqtisadiyyatın tənzimlənməsi, qiymət, standartlaşma və sertifikat, verqilər və verqitutma, dizayn və bir çox başqa ixtisaslar üzrə kadrlar hazırlanır.
İqtisad Universitetində Harvard Universitetinin tədris proqramına uyğun fəaliyyət göstərən xüsusi istedadalar qrupu, İstanbul Universitetinin tədris proqramı ilə işləyən Türk Dünyası işlətmə fakultəsi fəaliyyət göstərir.
Dövlət İqtisad Universitetində doktorluq və namizədlik dissertasiyaları üzərində 482-dən artıq aspirant və dissertant çalışır. 2004-cü ilin sonunda rəhbərliyin təşəbbüsü ilə universitetin tarixində ilk dəfə olaraq aspiranturaya qəbul prosesi mətbuat və televiziya nümayəndələrinin iştirakı ilə tam aşkarlıq və şəffaflıq şəraitində keçirilmişdir.
Universitetin tarixində ilk dəfə olaraq 4 ixtisas üzrə müdafiə şurası açılıb və geniş fəaliyyət göstərir.
Elmi işçilərin, dissertasiyaların keyfiyyət səviyyəsini yüksəltmək məqsədilə gənc alimlərdən ibarət elmi seminar təşkil olunub.
Universitetin alimləri müasir iqtisad elminin müxtəlif sahələri üzrə fundamental tədqiqatlar aparır, müasir iqtisadiyyatın nəzəri əsaslarının elmi təhlilini verir.
Belə ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsi məqsədilə, Universitetin nəzdində «Azərbaycan regionlarının inkişaf problemləri üzrə elmi araşdırma və konsaltinq mərkəzi» yaradılmışdır. AzDİU-da təhsil alan magistrantalrın hazırlaq səviyyəsini yüksəltmək məqsədi ilə 27 dekabr 2004-cü il tarixində magistratura və MBA proqramı birləşdirilərək «Magistr hazırlığı mərkəzi» yaradılmışdır.
Universitetin elmi kadr potensialı ən müxtəlif səviyyələrdə beynəlxalq əməkdaşlıqdan bəhrələnməyə imkan verir. Artıq dünyanın bir çox nüfuzlu universistetləri ilə sıx əlaqələr yaradılıb. Bunlardan ABŞ-nın, Fransanın, Türkiyənin, Rusiyanın, Gürcüstanın, Ukraynanın, Belorusiyanın, Almaniyanın, Avstriyanın, Danimarkanın, Yunanıstanın Dövlət Universitetləri və bir çox başqalarını misal göstərmək olar.
Azərbaycan Dövlət İqtisad Universiteti «TASİS-TEMPUS» beynəlxalq proqramlarının fəal iştirakçısıdır. Xarici ölkələrlə tələbə-müəllim mübadiləsi, qarşılıqlı kadr hazırlığı məsələsinə də xüsusi diqqət yetirilir.
Universitet 2002-ci ilin yanvar ayından Avropa Universitetləri Assosiasiyasının həqiqi üzvü seçilmişdir.
İqtisad Universitetində dünyanın 20 ölkəsindən bakalavr, magistr və doktoranturada 500- dən çox əcnəbi vətəndaşlar təhsil alır.
Hazırda İqtisad Universitetinin 84 nəfər tələbəsi ABŞ-ın, Fransa, Almaniya, İngiltərə və Türkiyənin qabaqcıl universitetlərində təhsilini davam etdirir.
«TEMPUS» proqramı layihəsi çərçivəsində Fransanın Monpelye-1 Universiteti ilə birlikdə «Bank işi» ixtisası üzrə magistr hazırlığı (fransız dilində) uğurla aparılır.
2001-2002-ci tədris ilində ilk dəfə olaraq resupblikada mütəxəssislərin yenidən hazırlanmasının «Distant» (məsafədən) təhsil almaq forması tətbiq olunmuşdur.
Hazırda universitetdə 984 nəfər ali təhsilli mütəxəssis müasir informasiya texnologiyası vasitəsilə (distant) əlavə təhsil almağa nail olmuşdur.
Müasir qrant və digər imkanlardan istifadə etməklə Universitetdə rəqəmli (elektron) kitabxana yaradılmışdır. Universitetin tələbələri beynəlxalq elmi konfransda, simpozium və forumlarda uğurla çıxış edir, onların məruzələri Avropanın qabaqcıl universitetlərin elmi məcmuələrində dərc edilmişdir.
Universitetin əməkdaşlarının sosial-iqtisadi vəziyyətini yaxhılaşdırmaq məqsədi ilə hər il xidmətləri nəticəsində əldə olunan vəsaitin 60%-ə qədəri yalnız əmək haqqına və yardımlara yönəldilir.
|