AzDİU-nun kolleqial idarəetmə orqanı
rektorun sədr olduğu Elmi Şuradır. Elmi Şuranın tərkibinə seçilmə qaydası,
Şura üzvünün hüquq və vəzifələri AzDİU tərəfindən hazırlanmış Əsasnamə ilə
müəyyən olunur.
AzDİU-nun Elmi Şurası:
- AzDİU-nun inkişafının ən vacib
məsələlərini, tədris və elmi fəaliyyətinin müxtəlitf istiqamətlərini,
beynəlxalq əlaqələrini həll edir;
- AzDİU-nun Nizamnaməsinə dəyişikliklər və
əlavələr üzrə təkliflər verir;
- Əsasnamələri, təlimatları və digər
normativ sənədləri təsdiq edir;
- AzDİU-nun strukturunu müəyyənləşdirir,
ona dəyişikliklər və əlavələr edir;
- AzDİU-ya tələbə qəbulu planını
müəyyənləşdirir;
- Hər təqvim ili üçün AzDİU-nun büdcəsini
müəyyənləşdirir, universitetin maliyyə fəaliyyəti haqqında hesabatı dinləyir;
- fakültəsində (ETİ-lərdə və filiallarda,
kafedralarda) vəzifə tutmaq üçün müsabiqə keçirməyin, kontraktların və
müqavilələrin vahid qaydalarını təsdiq edir;
- kadr məsələlərinə baxır, fakültə (ETİ,
filial) elmi şuralarının təklifi ilə professor və baş elmi işçi vəzifələrini
tutmağa iddiaçıların müsabiqəsini keçirir. Kafedra (fakültə və institut
tabeliyindəki laboratoriya) müdirlərini, müstəsna hallarda fakültə
dekanlarını seçir;
- AzDİU əməkdaşlarına «professor», «dosent»,
«baş elmi işçi» və s. elmi adlarının verilməsi haqqında vəsadət qaldırır;
-dövlət mükafatları ilə təltif haqqında
məsələ qaldırır;
-ölkədə və dünya miqyasında tanınmış
görkəmli alimlərə, dövlət, ictimai və siyasi xadimlərə «AzDİU-nun fəxri
doktoru» və ya «fəxri professoru» adlarını verir;
-»AzDİU-nun fəxri professoru», «AzDİU-nun
fəxri dosenti», «AzDİU-nun fəxri elmi işçisi», «AzDİU-nun fəxri işçisi»
adlarını verir;
- elmi işə və pedaqoji fəaliyyətə görə
AzDİU-nun mükafatlarını verir;
-professor-məsləhətçi ştatını ayırır;
-tədris planlarını təsdiq edir;
- doktorluq dissertasiyalarının
mövzularını təsdiq edir və dəyişdirir;
-təqaüdlərin təyin edilmə qaydalarını
qüvvədə olan normativlərə uyğun müəyyənləşdirir;
-AzDİU-nun tədris-metodik,
redaksiya-nəşriyyat və kitabxana şuralarının tərkiblərini təsdiq edir;
- Azərbaycan Respublikası MEA-nın həqiqi
və müxbir üzvlüyünə seçilmək üçün namizədlər irəli sürür;
- Universitetin Tədris Metodiki Şurasının
iş planını təsdiq edir və hesabatını dinləyir. |