1980-cı ilin yanvarında "Azərbaycan
SSR-nin pərakəndə mal dövriyyəsi və onun planlaşdırılmasının
təkmilləşdirilməsi yolları" mövzusunda namizədlik
dissertasiya işini Q.V.Plexanov adına Moskva Xalq
Təsərrüfatı İnstitutunda müdafiə edərək iqtisad elmləri
namizədi alimlik dərəcəsi almışdır. 1999-2001-ci illərdə
T.Şevçenko adına Kiev Milli Universitetin Beynəlxalq
Münasibətlər İnstitutunun doktorantı olmuşdur. 2001-ci ilin
iyun ayında həmin institutda "Azərbaycanın xarici iqtisadi
strategiyasının formalaşması və inkişafı" mövzusunda
doktorluq dissertasiyasını müdafiə etmiş və həmin ildə də
08.00.14. - "Dünya təsərrüfatı və beynəlxalq iqtisadi
münasibətlər" ixtisası üzrə respublikada ilk və indiyə qədər
yeganə iqtisad elmləri doktoru alimlik dərəcəsini almışdır.
1992-ci ildə dosent, 2004-cü ildə isə
professor elmi adını almışdır. 110-dan çox elmi əsərin
müəllifidir. Bunların sırasında 2 monoqrafiya, 10-a qədər
broşura və kitabça, iki dərslik və dərs vəsaiti, 50-yə qədər
elmi məqalə, məruzə, tezislər və s. vardır ki, onların da
30-dan çoxu yaxın və uzaq xarici ölkələrdə çap edilmişdir.
İndiyə qədər onun bilavasitə elmi rəhbərliyi ilə 7 iqtisad
elmləri namizədi hazırlanmış, hazırda 10-dan çox aspirant və
dissetantın namizədlik və 3 doktorluq dissertasiya işinin
elmi rəhbəridir.
Universitet fəaliyyəti dövründə bir sıra
ictimai işlərdə çalışmışdır. İnstitutun Həmkarlar
Komitəsinin sədri olmuşdur. Universitetin Dissertasiya
Şurasının və Tbilisi Dövlət Universitetinin Dissertasiya
Şurasının üzvü, Azərbaycan Marketinq Assossiasiyasının vitse
- prezidentidir
3 noyabr 2004-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Dövlət İqtisad
Universitetinin rektoru təyin olunmuşdur.
1999-cu ildən Yeni Azərbaycan
Partiyasının üzvüdür.
6 noyabr 2005-ci il tarixində
keçirilmiş parlament seçkilərində YAP-ın vahid namizədi kimi
Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş,
həmin ilin dekabr ayından Milli Məclisin Elm və Təhsil
məsələləri Daimi Komissiyasının sədri kimi fəaliyyət
göstərir.
|